Azərbaycan prezidenti Valentin Xristovla görüşdü
30.07.2012 - 10:20
Azərbaycan prezidenti Valentin Xristovla görüşdü
Azərbaycan prezidenti İlham Əliyev London Olimpiadasında ağırlıqqaldırma yarışını izləyib. Apasport.az saytının məlumatına görə, dövlət başçısı bürünc medal qazanan ağır atlet Valentin Xristovun qələbə sevincini Londonun “Excel” arenasında yaşayıb.

Milli Olimpiya Komitəsinin də prezidenti olan Əliyev mükafatlandırma mərasimindən sonra Böyük Britaniya paytaxtında ilk Olimpiya medalçımızın və onun məşqçiləri ilə görüşüb.