Valentin Xristov: Medalı mənə Azərbaycan qazandırdı
30.07.2012 - 10:27
Valentin Xristov: Medalı mənə Azərbaycan qazandırdı
“Olimpiya mükafatçısı olmaqdan çox sevinirəm”. Bu sözləri apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Valentin Xristov deyib.

London Olimpiadasında 56 kiloqram çəkidə bürünc medal qazanan idmançımız bununla da turnirdə ilk mükafatçımız oldu.

Milliləşdirilən bolqarıstanlı idmançı qazandığı uğurla qürur hissi keçirir: “Mən medalı Azərbaycan üçün qazandım, medalı mənə Azərbaycan qazandırdı. Azərbaycanı təmsil etməyimlə fəxr edirəm”.