London hovuzunda rekordlar
30.07.2012 - 11:03
London hovuzunda rekordlar
XXX Yay Olimpiya Oyunlarının ikinci günündə üzgüçülük yarışları rekordlarının zənginliyi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, London hovuzunda 3 müxtəlif məsafədə rekordlar qırılıb.

Qadınların 400 metr məsafəyə sərbəst üsulla yarışında fransalı Kamil Myuffa 4.01,45 göstərici ilə olimpiya rekordçusu olub. Kişilərin 100 metr məsafəyə brass üsulu ilə üzməsində isə CAR təmsilçisi Kemeron van den Burq dünya və olimpiya rekordu müəyyənləşdirib – 58,46.

Qadınların 100 metr məsafəyə batterflyay üsulu ilə yarışında isə ABŞ idmançısı Dana Volmer 55,98 saniyə ilə dünya və olimpiya rekordçusu olub.