London-2012: Zülfiyyə dünya rekordçusu oldu
30.07.2012 - 11:28
London Olimpiadasının ağırlıqqaldırma yarışları yeni dünya rekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, çəkisi 53 kq-dək olan qadınların yarışında Qazaxıstan təmsilçisi Zülfiyyə Çinşanlo fərqlənib.
O, təkanla qaldırmada ilk cəhddə 125 kq-lıq ağırlıq qaldırmaqla çempion adını qazanıb. Növbəti cəhddə dünya və olimpiya rekordu sifariş verən idmançı 131 kq-ın öhdəsindən gəlib. Son cəhddə 135 kq qaldırmaq istəyən Zülfiyyə uğursuzluqla üzləşib. İki hərəkətin cəmində 226 kq (95+131) nəticə ilə idmançı olimpiya rekordu müəyyənləşdirib.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0