Olimpiya tarixində 5-ci - SİYAHI
30.07.2012 - 11:43
Olimpiya tarixində 5-ci - SİYAHI
Azərbaycan idmançıları Olimpiada tarixində ilk dəfə ağırlıqqaldırma növündə mükafat qazanıb. Apasport.az saytının məlumatına görə, Valentin Xristov (56 kq) ölkəmizdə bu idman növündə ilk medalçı kimi tarixə düşüb.

Bununla, Azərbaycan olimpiyaçılarına medal qazandıran 5-ci idman növü ağırlıqqaldırma olub. Belə ki, indiyədək millimizin qatıldığı 4 Yay Olimpiya Oyunlarında cəmi 4 idman növündə mükafat qazanmışdıq.

Bu növlərdə 4 qızıl, 3 gümüş və 9 bürünc medal olmaqla, 16 mükafat əldə olunmuşdu. 5 növdən isə yalnız 3-də çempionluq sevinci yaşamışıq.

Xristovun qazandığı medal sayca 10-cu – yubiley bürünc olmaqla öz idman növündə ilk kimi qeydə alınıb.

İdman NövüQızılGümüş Bürünc Cəmi
Güləş2327
Atıcılıq1023
Cüdo1012
Boks0044
Ağırlıqqaldırma0011
Cəmi431017