Valentin Xristov rekord vurdu - STATİSTİKA
30.07.2012 - 12:00
Azərbaycanın London Olimpiadasında ilk medalçısı olan Valentin Xristov yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Xristov müstəqillik dövründə ən gənc olimpiya mükafatçımız olub.
1994-cü ilin martın 30-da anadan olan Valentin bu uğurunu 18 yaş 121 günlüyündə qazanıb. Bununla o, həm London-2012-də ilk mükafatçımız, həm də ən gənc medalçımız kimi adını qızıl hərflərlə yazdırıb.
Ağırlıqqaldırma növündə ilk olimpiya medalçımız olan Xristov boksçumuz Vüqar Ələkbərovun rekordunu yenilənib. Belə ki, bunadək ən gənc mükafatçımız məhz bu idmançı idi. 1981-ci ilin yanvarın 5-də anadan olan Vüqar Sidneydə Xristov kimi bürünc medal qazanmışdı ki, həmin vaxt 19 yaşı tamam olmuşdu. Ən yaşlı Olimpiya mükafatçımız isə London Olimpiadasının iştirakçısı İradə Aşumovadır. Maraqlıdır ki, o da bürünc medalçımız olaraq, Afinada uğuru 46 yaşında qazanıb.
Xristov 3-cü milliləşdirilən Olimpiya medalçımız oldu. Bolqarıstanlıyadək belə idmançılarımız bundan əvvəlki Olimpiadada – Pekində sərbəst güləşçilərimiz Xetaq Qazyumovla Mariya Stadnik idi. Qazyumov əslən Rusiya, Mariya Ukraynadandır.
Valentin isə Bolqarıstanın Şumen şəhərində anadan olub. 56 kq-da yarışan Xristovun bunadək uğurları 2011-ci il Azərbaycan çempionu, Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatının bürünc medalçısı, 2012-ci ildə Türkiyənin Antalya şəhərində Avropa çempionluğu, yeniyetmələr arasında dünya rekordçusudur. Onun şəxsi məşqçisi həmyerlisi Zlatan Vanevdir.
Azərbaycanın müstəqillik dövründə Olimpiya mükafatçıları
Atlanta-1996
Namiq Abdullayev – gümüş (sərbəst güləş, 25 yaşında)
Sidney-2000
Namiq Abdullayev – qızıl (sərbəst güləş, 29 yaşında)
Zemfira Meftəhəddinova - qızıl (stend atıcılığı, 37 yaşında)
Vüqar Ələkbərov – bürünc (boks, 19 yaşında)
Afina-2004
Fərid Mansurov – qızıl (yunan-Roma güləşi, 22 yaşında)
İradə Haşımova – bürünc (güllə atıcılığı, 46 yaşında)
Zemfira Meftəhəddinova – stend atıcılığı (41 yaşında)
Ağası Məmmədov – bürünc (boks, 24 yaşında)
Fuad Aslanov – bürünc (boks, 28 yaşında)
Pekin-2008
Elnur Məmmədli – qızıl (cüdo, 22 yaşında)
Rövşən Bayramov – gümüş (yunan-Roma güləşi, 21 yaşında)
Vitali Rəhimov – gümüş (yunan-Roma güləşi, 24 yaşında)
Mariya Stadnik – bürünc (sərbəst, 20 yaşında)
Mövlud Mirəliyev – bürünc (cüdo, 34 yaşında)
Xetaq Qazyumov – bürünc (sərbəst güləş, 25 yaşında)
Şahin İmranov – bürünc (boks, 28 yaşında)
London-2012
Valentin Xristov – bürünc (ağırlıqqaldırma, 18 yaşında)
Mehman SÜLEYMANOV

0
0