London-2012: İdmançılarımız bir-birindən ayrı düşdü
30.07.2012 - 13:40
London-2012: İdmançılarımız bir-birindən ayrı düşdü
London Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma növündə sabah keçiriləcək yarışın iştirakçıları 2 qrupa bölünüb. Apasport.az saytının məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq 24 atletdən 10-u B, 14-ü A qrupunda yer alıb.

Azərbaycan təmsilçiləri bir-birindən ayrı qruplara salınıb. Sərdar Həsənov Bakı vaxtı ilə saat 14:00-da yarışa başlayacaq zəiflərin arasında çıxış edəcək. Əfqan Bayramov isə saat 23:00-da əsas favoritlərlə birlikdə A qrupunda mübarizə aparacaq.