“Azərbaycanda hazırlıq üçün daha yaxşı şərait var”
30.07.2012 - 14:25
“Azərbaycanda hazırlıq üçün daha yaxşı şərait var”
Azərbaycana London Olimpiadasında ilk medal qazandıran Valentin Xristovun şəxsi məşqçisi Zlatan Vanev yetirməsinin uğuruna münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan mətbuatına fikirlərini açıqlayan Vanev bu uğuru tarixi vətənlərində əldə etməyi daha çox istədiklərini gizlətməyib.

Ancaq Valentin milliləşdirildiyindən, artıq ölkəmizin şərəfini qoruyur və bolqarlar həmyerlilərinin medalı onlara yox, Azərbaycana qazandırmağına üzülürlər. Elə Vanev də bunlar sırasındadır: “Çox təəssüf ki, bu medalı Bolqarıstana qazandıra bilmədik. Azərbaycanda təlim keçmək üçün yaxşı şərait var və burada hazırlıq qat-qat yaxşıdır. Mükafatın məbləği haqda danışmağa icazəm olmadığından, bir şey deyə bilmərəm”.