Olimpiadanın hamilə iştirakçısını finala uşağı qoymadı
30.07.2012 - 17:55
Olimpiadanın hamilə iştirakçısını finala uşağı qoymadı
London Olimpiadasında iştirakçısı olan malayziyalı Nur Suriani Məhəmməd Taibi finala çıxa bilməməyini yeni doğulacaq uşağı ilə əlaqələndirib. Apasport.az saytının məlumatına görə, 10 metrdə pnevmatik tüfəngdən atəş açan 29 yaşlı idmançı hamiləliyinin 8-ci ayında problemlə üzləşib. Belə ki, Nurun sözlərinə görə, körpə qızın bətnində ona bir dəfə təpik vurmağı uğurlu atış açmağına imkan verməyib. Halbuki malayziyalı Olimpiadaya qədər iddia edirdi ki, çəkisinin artıq olmağı ona özünü daha rahat hiss etməyə imkan verir. O, yarımfinalda 56 idmançı arasında 34-cü olub.

Sentyabrın 13-də uşağını dünyaya gətirəcəyi gözlənilən idmançı uğursuzluğa görə üzülmür: “Əksinə, mən gələcəkdə də atıcılıqla məşğul olmaq fikrindəyəm. Bu, mənim həyatımdır. Ümumiyyətlə, eşitmişəm ki, uşaq anadan olandan sonra analar daha yaxşı çıxış edə bilərlər. Buna görə də qadın olduğuma görə bəxtim gətirib. Ola bilər ki, qızım yolumu davam etdirsin. Bizim eyni qanımız var və onun məndən də yaxşı çıxış edəcəyi mümkündür”.