Hacəliyev sonuncu raundda uduzdu - YENİLƏNİB
01.08.2012 - 02:15
XXX Yay Olimpiya Oyunlarının IV yarış günü Azərbaycan boksçularından Heybətulla Hacəliyev (64 kq) rinqə çıxıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı idmançımızın Londonda döyüşü yerli vaxtla saat 23:02-də (Bakı vaxtı ilə saat 03:02) başlayıb.
1/16 final mərhələsindən yarışa qatılan Hacəliyev (64 kq) Abderrazak Houyanı (Tunis) sınağa çəkib. Döyüş həmyerlimizin üstünlüyü ilə başlayıb. Bunun nəticəsi olaraq, Hacəliyev fasiləyə 3 xal irəlidə yollanıb (6:3). İkinci hissə bərabər səviyyədə keçib və boksçular hərəyə 5 dəqiq zərbə vurublar – 11:8.
Lakin təmsilçimiz bu üstünlüyünü sona kimi qoruya bilməyib. O, axırıncı raunda 5 xal qazandığı halda, rəqib 11 dəqiq zərbə vurub. Nəticədə 16:19 hesabı ilə uduzan Heybətulla London Olimpiadasında çıxışını dayandırıb.
Qeyd edək ki, London Olimpiadasına 7 kişi boksçu ilə yollanan Azərbaycan yığmasının heyətində hələlik Soltan Migitinov (75 kq) mərhələ adlayıb. Hacəliyevdən öncə Vətən Hüseynli (81 kq) və Elvin Məmişzadə (52 kq) 1/16 finalda uduzub.

0
0