Kanada mətbuatı: Elnur Məmmədli yorğun idi
31.07.2012 - 14:22
Kanada mətbuatı gənc cüdoçu Antuan Valua-Fortisin London Yay Olimpiya Oyunlarındakı ilk döyüşündəki qələbəsinə biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, şimali amerikalı həmkarlarımızın özü də idmançılarının Azərbaycan təmsilçisi Elnur Məmmədlini məğlub etməsinə təəccübləniblər.
Kanada mətbuatı 81 kq çəki dərəcəsindəki 1/32 final oyununun şərhimə də buna uyğun başlıq qoyub: “Olimpiya çempionu üçün sürpriz”.
Okeanın o tayından olan həmkarlarımız hakimlərin rəyi ilə qələbə qazanan Antuanın növbəti mərhələyə çıxmasını ədalətsiz sayır: “Kanada cüdosunun üzü uğursuz startdan sonra nəhayət ki, gülür. İlk dəqiqələrdəki həyəcan Antuanın xəbərdarlıq alması ilə nəticələndi. Lakin döyüşdə diktə edən tərəf kvebekli idmançı idi. O, olimpiya çempionundan daha aqressiv idi. Lakin 5 dəqiqəlik əsas vaxtda tərəflər xal qazanmadı. Əlavə vaxtda isə Məmmədli yorğun idi və o, təşəbbüsü gənc həmkarına verdi. Valua-Fortis də bundan yararlanıb hücumlarını davam etdirdi ki, hakimlər də bu fəallığı qiymətləndirdi”.

0
0