“Azərbaycan cüdosunun nüfuzunu yüksəltmək onların işidir”
31.07.2012 - 15:47
“Elnur uduzmadı, sadəcə, hakimlər qələbəni onun rəqibinə verdilər”. Bunu apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
MOK rəsmisi bildirib ki, cüdo yığmamızın heyətində bu gün mübarizəni dayandıran Elnur Məmmədli ilə Ramilə Yusubovadan uğurlu çıxış gözləyirmiş: “Mən “Azərbaycan günü”ndə Ramiləni ad günü münasibətilə təbrik edəndə demişdim ki, ayın 31-i bizə düşür. Elə ona görə dedim ki, ayın 31-də həm Elnur, həm də Ramilə yeni uğura nail olacaqlar. Ancaq necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”. Elnuru Londonda ikiqat olimpiya çempionu görmək istəyirdik, olmadı. 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadanı gözləyək”.
Hüseynzadə qalan cüdoçularımız Elxan Məmmədovla Elmar Qasımovaya uğurlar arzulayıb: “İndi Azərbaycan cüdosunun nüfuzunu yüksəltmək onların işidir. Heç vaxt ruhdan düşmək olmaz”.

0
0