“Söz vermişdi ki, çempion olacaq” - FOTO
31.07.2012 - 23:03
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev cüdoçumuz Elnur Məmmədlinin London Olimpiadasında uğursuz çıxışına münasibət bildirib. Təcrübəli mütəxəssis apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında Pekin-2008-in qalibinin xarakter nümayiş etdirməməsindən narazı qalıb.
İsayev bildirib ki, Elnur yenidən Olimpiya çempionu olacağı ilə bağlı verdiyi vədi yerinə yetirməyib: “O, Milli Olimpiya Komitəsinin Baş Məclisində çıxışında söz vermişdi ki, Londonda da çempion olacaq. Amma ola bilmədi. Çempion xarakterini sübut etməli idi”.
Qeyd edək ki, Məmmədli ilk döyüşündə kanadalı idmançıya uduzaraq, mübarizəni dayandırıb.

0
0