Nizami Paşayev: Sərdar Həsənovun hədəfi bürünc medal imiş
31.07.2012 - 17:26
“Əfqan Bayramovun yarışa hansı çəki ilə başlayacağını hələ deyə bilmərəm. Onu fikirləşməliyik. İstərdim ki, yüksək çəki sifariş edək. Ancaq çoxu qaldırmaq da lazımdır”. Bu fikirləri apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında ağılıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi Nizami Paşayev deyib.
Sərdar Həsənovun bugünkü çıxışını dəyərləndirən gənc çalışdırıcı A qrupunda çıxışlar qaldığından, B qrupunda 3-cü olan yetirməsinin mükafat qazanacağına ümid etmir: “Fikrimcə, 335 kq-ı qaldıran Olimpiya çempionu tituluna yiyələnəcək. Bu proqnoza görə B qrupunun qalibləri qızıl və gümüşə iddialı ola bilməzlər. Sərdar 150 və 181 kq-nı qaldıra bilsəydi, 2 hərəkətin cəminə görə 331 kq olardı. Mənim proqnozuma görə demək olar ki, Sərdarın hədəfi bürünc imiş. Əfqanın birdənqaldırmada 150-155 kq arasında başlamasını ehtimal etmək olar”.
Qeyd edək ki, Sərdar 2 hərəkətinə görə 321 kq (145+176) qaldıraraq, 3-cü olub.

0
0