Heybətulla Hacəliyev: Məqsədim qalib gəlməkdir
31.07.2012 - 18:25
Heybətulla Hacəliyev: Məqsədim qalib gəlməkdir
London Yay Olimpiya Oyunlarında ilk döyüşünə bu gün çıxacaq Azərbaycan boksçusu Heybətulla Hacəliyev (64 kq) yarışqabağı son hazırlığını başa vurub. Apasport.az saytının Böyük Britaniyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, gecə yarısına az qalmış (yerli vaxtla 22:45-də) rinqə çıxacaq idmançımızın əhval-ruhiyyəsi yaxşıdır.

O, Azərbaycan boksçularından ikisinin ard-arda məğlubiyyətinin acığını tunisli boksçudan çıxmaq niyyətindədir: “Mən döyüşə hazıram. Məqsədim qalib gəlməkdir”.