Yelena Çalıx 20-ci oldu - YENİLƏNİB
01.08.2012 - 16:43
Azərbaycan idmançısı Yelena Çalıx bu gün London Olimpiadasında növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, veloşosse turnirində uğursuz çıxış edən və finiş xəttinə çata bilməyən 38 yaşlı velosipedçimiz bu dəfə ayrı-ayrı start götürməklə fərdi yarışlarda nəyə qadir olduğunu göstərib.
29 km məsafəni qət edən 24 idmançı arasında start xəttinə 7-ci çıxan təmsilçimiz mübarizəyə 16:39-da qoşulub. O, finişə 41:47.06 dəqiqəyə çatıb və cəmi 4 idmançını qabaqlayaraq, 20-ci pilləni tutub.
29 km məsafəni qət edən 24 idmançı arasında start xəttinə 7-ci çıxan təmsilçimiz mübarizəyə 16:39-da qoşulub. O, finişə 41:47.06 dəqiqəyə çatıb və cəmi 4 idmançını qabaqlayaraq, 20-ci pilləni tutub.
0
0