3 boksçumuz 1/4 finalda!
02.08.2012 - 00:55
Bu gün London Olimpiadasında Azərbaycan boksçuları ilk döyüşlərini yekunlaşdırıblar. Apasport.az saytının məlumatına görə, Nəriman Abdullayevin daha 3 yetirməsi növbəti mərhələyə yüksəlmək üçün rinqə çıxıb və hər 3-ü də möhtəşəm qələbə qazanaraq, 1/4 finalda iştirak hüququna yiyələnib.
+91 kq
Yığmamızın üzvlərindən ilk olaraq mübarizəyə ən ağır çəkili idmançımız Məhəmmədrəsul Məcidov başlayıb. Dünya çempionumuz konqolu Meji Muanbanı rinqə dəvət edib.
1/8 final mərhələsində baş tutan döyüşdə təmsilçimiz rəqibini Londona gəlməsinə peşman edib. O, ilk raundda Mejini öncə nokdauna salıb, ardınca 8:1 hesablı qələbə qazanıb.
İkinci hissə isə sonuncu olub. Belə ki, Məcidovun dəqiq və güclü zərbələri qarşısında tab gətirməyən konqolunun bu raundda 2 dəfə nokdauna düşməsi hakimin döyüşü vaxtından əvvəl saxlaması ilə nəticələnib. Boksçumuz isə qalib elan olunaraq, asanlıqla 1/4 finala yüksəlib.
56 kq
Məcidovdan sonra diqqətlər Məhəmməd Abdulhəmidovun döyüşünə yönəlib. Püşkün nəticəsinə əsasən ilk mərhələdən azad olan və yarışa 1/8 finaldan başlayan təmsilçimiz Satoşi Şimizu (Yaponiya) ilə üz-üzə gəlib.
Qonqu saat 01:22-də vurulan görüş həmyerlimiz üstünlüyü ilə başlayıb. Rəqibi ilə müqayisədə daha fəal olan Məhəmməd ilk raundda Şimizu nokdauna da salır. Hissə isə təmsilçimizin 4:2 hesablı qələbəsi ilə başa çatır.
İkinci raundda da Abdulhəmidov Asiya təmsilçisinə çətin anlar yaşadıb və yenidən onu nokdauna salıb. Hissənin sonunda o xal fərqini də artırıb – 12:5.
Son raundda rəqib fəallaşsa da, Məhəmmədin qələbəsinə mane ola bilməyib və həmyerlimiz 22:17 hesabı ilə Satoşini məğlub edib. Bununla da boksçumuz Məcidovdan sonra 1/4 finala yüksəlib.
91 kq
Abdulhəmidovdan sonra rinqə Teymur Məmmədov dəvət olunub. Mundialın gümüş mükafatçısı 1/8 final mərhələsində Tapu Opetaya Cayla (Avstraliya) yumruqlarının gücünü yoxlayıb.
Bərabər keçən ilk raund heç-heçə başa çatıb – 5:5. İkinci hissə də eyni ssenari ilə davam edib və hər 2 idmançının 4 zərbəsi dəqiq olub – 9:9.
Qalib üçüncü raundda müəyyənləşib. Son 3 dəqiqədə daha dəqiq olan Məmmədov 3:2 hesabı ilə rəqibini məğlub edib. Yekun nəticədə isə 12:11 hesabı ilə əzmkar qələbə qazanan Teymur 1/4 finala yüksələn 3-cü boksçumuz olub.
Qeyd edək ki, Olimpiadaya 7 kişi boksçu ilə yollanan yığmamızın heyətində Soltan Migitinov (75 kq) da 1/8 finala vəsiqə qazanıb. Onlardan fərqli, Heybətulla Hacəliyev (64 kq), Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) isə yarışla vidalaşıblar.

0
0