İradə Aşumova Olimpiada ilə vidalaşdı - YENİLƏNİB
01.08.2012 - 14:21
İradə Aşumova Olimpiada ilə vidalaşdı - YENİLƏNİB
Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova bu gün XXX London Yay Olimpiya Oyunlarında növbəti dəfə hədəf önünə çıxıb. Apasport.az saytının məlumatına görə, 10 m məsafəyə atəşaçma yarışlarında 39-cu olan güllə atıcımız ikinci cəhdində 25 m məsafədən dəqiqliyini yoxlayıb.

Finala vəsiqə uğrunda 74 snayper yarışdığından atletlər 2 qrupa bölünüb. Aşumova bu yarımqruplardan birincisində yer alıb ki, həmin 37 idmançı saat 13:00-da mübarizəyə başlayıb. Təəssüf ki, 54 yaşlı atıcımız təsnifat mərhələsində uğurlu çıxış etməyib və finala yüksələ bilməyib. O, 578 xalla Olimpiadanı 23-cü yerdə başa vurub.

Finala isə 2 qrupun yekun nəticəsinə əsasən 8 ən güclü idmançı yüksəlib.

Qeyd edək ki, həlledici mərhələ saat 19:30-da start götürəcək.