Dəyişməz üçlük - SİYAHI
01.08.2012 - 10:04
Dəyişməz üçlük - SİYAHI
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının 4-cü günü 6 ölkənin ilk medalını qazanması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, artıq mükafat qazanan ölkələrin sayı 43-ə çatıb. Azərbaycanın da 1 bürünclə daxil olduğu siyahıdan yalnız 20 ölkənin hesabında qızıl medal var.

Siyahıya isə 1 gün əvvəl olduğu kimi yenə Çin başçılıq edir. Qızıl sayında vahid, ümumi medal sayında şərikli lider olan asiyalılar 2-ci göstəricidə ABŞ-la bərabərdir. Ümumi siyahıda 2-ci olan amerikalılarla çinlilər digər ölkələrdən uzaqlaşmağı bacarıb. Belə ki, 3-cü olan Fransa liderlərdən 2 dəfədən də çox geri qalır. Bir gün əvvəl ilə müqayisədə ilk “üçlük”də heç bir dəyişiklik qeydə alınmayıb. Ümumi medal sayında isə Yaponiya Fransanı da arxada qoyub.

Qeyd edək ki, Azərbaycan siyahıda 34-43-cü yerləri bölüşür.

YerKomandaQızılGümüşBürüncCəmi
1Çin136423
2ABŞ98623
3Fransa43411
4Cənubi Koreya3238
5KXDR3014
6Qazaxıstan3003
7İtaliya2428
8Almaniya2316
9Rusiya2248
10CAR2002
11Yaponiya14813
12Avstraliya1326
13Rumıniya1225
14-15Braziliya1113
 Macarıstan1113
16Hollandiya1102
17Ukrayna1023
18-20Gürcüstan1001
 Litva1001
 Sloveniya1001
21Böyük Britaniya0224
22-23Kolumbiya0202
 Meksika0202
24İndoneziya0112
25-31Çin Taypeyi0101
 Danimarka0101
 İsveç0101
 Kuba0101
 Misir0101
 Polşa0101
 Tailand0101
32Kanada0044
33Slovakiya0022
34-43Azərbaycan0011
 Belçika0011
 Hindistan0011
 Qətər0011
 Moldova0011
 Monqolustan0011
 Norveç0011
 Özbəkistan0011
 Serbiya0011
 Yeni Zelandiya0011
 Cəmi535460167