Yelena Çalıxın starta çıxacağı vaxt müəyyənləşdi
01.08.2012 - 10:30
Yelena Çalıxın starta çıxacağı vaxt müəyyənləşdi
Bu gün London Yay Olimpiya Oyunlarında keçiriləcək qadın velosipedçilərin ayrı-ayrı start götürməklə fərdi yarışının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Yelena Çalıxın start xəttinə çıxacağı vaxt da məlum olub.

Belə ki, saat 16:30-da mübarizəyə başlayıb 29 km məsafəni qət etməli olacaq idmançılar fərqli vaxtlarda starta çıxacaq. Yarışda qüvvəsini sınayacaq cəmi 24 nəfər iddiaçı 90 saniyəlik intervalla mübarizəyə qoşulacaq.

18 nömrəsi ilə çıxış edəcək Çalıx starta 7-ci çıxacaq. Bu isə o deməkdir ki, ilk idmançıdan 9 dəqiqə sonra mübarizəyə başlayacaq təmsilçimiz 16:39-da start götürəcək.