Yığmamızın məşqçisi: Belə hallar 12 ildən bir ola, ya olmaya
01.08.2012 - 11:35
Yığmamızın məşqçisi: Belə hallar 12 ildən bir ola, ya olmaya
“Ağırlıqqaldırma yarışlarında B qrupunda zəiflər yer alır. Valentin Xristovun çıxış etdiyi gündə B qrupunda mübarizə aparan koreyalının qızıl qazanması istisna haldır”. Bu sözləri apasport.az saytının Londona ezam olunmuş xüsusi əməkdaşına açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan millisinin məşqçisi Zlatan Vanev deyib.

Bolqarıstanlı mütəxəssis Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçilərinin çıxışına münasibət bildirib.

Vanev B qrupunda çıxış edib, sonda 8-ci olan Sərdar Həsənovun potensialı və A qrupunun uğursuzu Əfqan Bayramovun mükafatçılar sırasından kənar qalmamasına şərh verib: “Belə hallar 12 ildən bir ya olur, ya da olmur. Bəlkə də 1-ci dəfə baş verirdi. Sərdar isə hələ A qrupunda çıxış edib, daha ağır çəkini qaldırmağa hazır deyildı. Əfqan isə nəticə göstərə bilərdi. Ancaq 142 kq-nin öhdəsindən gələ bilmədi”.