Vahid Nəzərov: Gərək bunu nəzərə alardılar
01.08.2012 - 11:52
London Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma növündə mübarizəyə qoşulan Əfqan Bayramovun (69 kq) çıxışı uğursuzluqla nəticələndi. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan idmançımız birdənqaldırmada ilk cəhdində 142 kq çəkini sifariş etsə də, 3 yanaşmasının heç birində uğurlu olmayıb. Belədə Əfqan Olimpiada ilə erkən vidalaşmalı olub.
Bayramovun çıxışını şərh edən Azərbaycan yığmasının keçmiş baş məşqçisi, Londonda hakim kimi iştirak edən Vahid Nəzərov maraqlı fikirlər səsləndirib. O, Əfqanın birdənqaldırmada səhv çəki sifariş verdiyini deyib: “Birdənqaldırmada Əfqan yaxşı deyil. Gərək, bunu nəzərə alardılar. Ya 138, ya da 140 kq-dan başlamaq lazım idi. Onda Əfqan son nəticədə ən azından 145 kq olardı. Təkanla qaldırmada isə Əfqan çox güclüdü. Bəlkə də 190 kq-ı ram edərdi. Məncə, bu da gümüş və ya bürünc medal qazanmaq üçün bəs idi”.

0
0