Əfsanəvi Felps 2-ci, Lazuka 38-ci - YENİLƏNİB
02.08.2012 - 14:47
Bu gün XXX London Yay Olimpiya Oyunlarının kişilər arasında üzgüçülük yarışlarında Azərbaycanı təmsil edən yeganə kişi idmançımız Yevgeni Lazuka mübarizəyə qoşulacaq. Apasport.az saytının məlumatına görə, batterflyay üsulu ilə 100 m məsafəyə üzən təmsilçimiz artıq çıxışını başa vurub.
O, başa çatan təsnifat mərhələsinə qatılan 43 idmançı arasında olub. 2-ci qrupda üzən Lazuka 8-ci xəttdə yer alıb. Daniel Bell (Yeni Zelandiya), Stefanos Dimitriadis (Yunanıstan), Bencamin Hokkin (Paraqvay), Pavel Snakoviç (Belarus), Yosef Şulinq (Sinqapur), Vitautas Yanusaytis (Litva) və Dominik Meçri (İsveçrə) ilə gücünü yoxlayan həmyerlimiz yalnız yunanıstanlı və litvalı rəqibini qabaqlayıb.
Məsafəni 53,86 saniyəyə qət edən olimpiyaçımız bu 2 idmançı ilə yanaşı ilk qrupda üzən 3 rəqibindən də yaxşı çıxış edib. Lakin digər 4 qrupda yer alan 32 idmançının hamısı Lazukadan yüksək nəticəyə imza atıb. Bu isə o deməkdir ki, Lazuka 43 idmançı arasında 38-ci olub.
Qeyd edək ki, yarımfinala ən yaxşı nəticə göstərən 16 idmançı çıxıb. Ən yaxşı nəticəni 200 metr məsafəyə batterflyay üsulu ilə üzməkdə Olimpiya çempionu olan Çad le Klos göstərib – 51,54. CAR-lı idmançı 200 metrdə qabaqladığı əfsanəvi maykl Felpsi 0,18 saniyə arxada qoyub.

0
0