Mustafayeva finala çıxa bilmədi - YENİLƏNİB
02.08.2012 - 14:26
Mustafayeva finala çıxa bilmədi - YENİLƏNİB
XXX Yay Olimpiya Oyunlarında mübarizə aparan akademik avarçəkənimiz Nataliya Mustafayeva bu gün yarımfinal mərhələsində qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, qadınlar arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Mustafayeva II qrupda yer alıb.

2000 m məsafəyə yarışda təmsilçimiz 6-cı yürüş zolağında yer alıb. Onun rəqibləri Frida Svensson (İsveç), Genevra Ston (ABŞ), Xiuyun Janq (Çin), Fie Udbi Eriçsen (Danimarka) və Emma Tuiqq (Yeni Zelandiya) olub. Lakin idmançımız ilk 2 mərhələdəki uğurunu bu dəfə təkrarlaya bilməyib.

Belə ki, finala yüksəlmək üçün qrupda ilk “3-lük”də yer almaq lazım idi ki, Mustafayeva da bunu bacarmayıb. O, finiş xəttinə sonuncu – 6-cı çatıb.

Beləliklə, Nataliya çıxışını B finalında davam etdirəcək. O, burada 7-12-ci yerlər uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Mustafayevanın komanda yoldaşı Aleksandr Aleksandrov kişilərin mübarizəsində 1 gün öncə finala vəsiqə qazanıb.