Teymur Məmmədovun 1/4 finalda rəqibi bilindi
02.08.2012 - 01:33
Teymur Məmmədovun 1/4 finalda rəqibi bilindi
XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin boksçusu Teymur Məmmədovun (91 kq) yarımfinal mərhələsinə vəsiqə uğrunda yarışacağı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının gümüş mükafatçısı olan təmsilçimiz 1/4 finalda belaruslu Sergey Korneyevlə qüvvəsini sınayacaq.

Görüş avqustun 5-də yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə saat 02:00) başlayacaq.

Qeyd edək ki, Teymur 1/8 finalda Tapu Opetaya Caya (Avstraliya) qalib gəlib.