Braziliyadan 100 faizlik nəticə
02.08.2012 - 08:55
Braziliyadan 100 faizlik nəticə
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında kişilərin futbol turnirinin qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yalnız Braziliya milli komandası qrup oyunlarını 100 faizlik nəticə ilə başa vurub. Onların yer aldığı qrupu nəzərə almasaq son tur məhsuldarlıq cəhətdən aşağı olub. Digər 3 qrupdakı 6 oyunda cəmi 2 qol vurulub.

A qrupu
Böyük Britaniya – Uruqvay – 1:0
Seneqal – BƏƏ – 1:1
Xal durumu: Böyük Britaniya – 7, Seneqal – 5, Uruqvay – 3, BƏƏ – 1

B qrupu
Meksika – İsveçrə - 1:0
Cənubi Koreya – Qabon – 0:0
Xal durumu: Meksika – 7, Cənubi Koreya – 5, Qabon – 2, İsveçrə - 1

C qrupu
Braziliya – Yeni Zelandiya – 3:0
Misir – Belarus – 3:1
Xal durumu: Braziliya – 9, Misir – 4, Belarus – 3, Yeni Zelandiya – 1

D qrupu
Yaponiya – Honduras – 0:0
İspaniya – Mərakeş – 0:0
Xal durumu: Yaponiya – 7, Honduras – 5, Mərakeş – 2, İspaniya – 1