London-2012: Hakimlər boksçumuzun görüşünün nəticəsini ləğv edib
02.08.2012 - 09:55
XXX Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan boksçusu Məhəmməd Abdülhəmidovun (56 kq) qələbəsi əlindən alınıb. Apasport.az saytının məlumatına görə, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız yaponiyalı Şatozi Şimizuya ilə görüşdə qalib elan olunsa da, təşkilatçılar sonradan nəticəni ləğv ediblər.
İlk raundu öndə (4:2) başa vuran Məhəmməd ikinci raundda hesabı 12:5-ə çatdırmaqla, rəqibini nokdauna salıb. O, üçüncü raundda da üstünlüyünü əldən verməyib və döyüşü 22:17 hesabı ilə başa vurub. Abdulhəmidov bu qələbə ilə 1/4 finala yüksəlsə də, sonradan Hakimlər Kollegiyasının qərarına əsasən olimpiadanın rəsmi saytında yaponiyalının qalib olduğu göstərilib.
Azərbaycan tərəfi Hakimlər Kollegiyasının qərarl ilə razılaşıb.
Qeyd edək ki, boksçularımızdan bunadək Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) mübarizəni dayandırıb.

0
0