“Məhəmmədrəsul Məcidov ciddi rəqibdir”
02.08.2012 - 11:04
“Məhəmmədrəsul Məcidov ciddi rəqibdir”
“Məhəmmədrəsul Məcidov ciddi rəqibdir. Ancaq o, döyüş etmək üslubuna görə Məhəmməd Ömərov üçün daha rahatdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya Boks Federasiyasının direktoru Yevgeni Sudakov deyib.

Azərbaycanı London Olimpiadasında ən ağır çəkidə (+91 kq) təmsil edən boksçu Məhəmmədrəsul Məcidov 1/4 finalda rusiyalı Məhəmməd Ömərovla üzləşəcək.

AİBA-nın beynəlxalq dərəcəli hakimi olan Sudakov avqustun 6-da baş tutacaq görüş haqda fikirlərini açıqlayıb: “Məcidov döyüşdən qaçmır. O, həmişə hücuma can atır. Ümid edək ki, hər şey normal olacaq”.