London-2012: İdmançımız B qrupunda
02.08.2012 - 15:50
London-2012: İdmançımız  B qrupunda
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında çıxış edəcək daha bir Azərbaycan təmsilçisinin rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, atletikanın çəkicatma növündə çıxış edən idmançılar artıq 2 qrupa bölünüb.

Avqustun 3-də Bakı vaxtı ilə saat 15:20-də start götürəcək yarışda 42 idmançı mübarizə aparacaq. Onlar hər birində 21 nəfər olmaqla 2 qrupa bölünüb. Yarışa 1096 nömrəsi ilə qatılacaq Azərbaycan atleti Dmitri Marşin mübarizəyə B qrupunda başlayacaq. O, 12-cı sıra nömrəsi ilə gücünü sınayacaq.

Qeyd edək ki, Marşinin şəxsi rekordu 79,56 metrə bərabərdir. Bu, onun 2012-ci ildə də göstərdiyi ən yaxşı nəticədir.