Olimpiya Oyunlarında ağır zədə - FOTO
02.08.2012 - 18:02
Olimpiya Oyunlarında ağır zədə - FOTO
XXX Yay Olimpiya Oyunlarında ağır atletlərin mübarizəsində Cənubi Koreya təmsilçisi zədə alıb. Apasport.az saytının məlumatına görə, Yaehyuk Sa 162 kq çəkini qaldırmağa cəhd edərkən, ağır zədələnib.

İlk cəhdində 158 kq-ı rahatlıqla ram etməyi bacaran 27 yaşlı atlet ikinci cəhdində 162 kq sifariş verib. Elə hər şey bundan sonra baş verib. Mübarizə apardığı 77 kq-da dünya rekordunun sahibi olan koreyalı, 162 kq çəkini qaldırarkən, sağ əli bu ağırlığa dözməyib və arxaya bükülüb. Təcrübəli idmançı zədə aldıqdan dərhal sonra xəstəxanaya çatdırılıb.