Maykl Felpsin 20-ci olimpiya medalı
03.08.2012 - 10:14
Maykl Felpsin 20-ci olimpiya medalı
Londonda keçirilən XXX Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, yarışların 6-cı günü ABŞ idmançısı Maykl Felps üçün əlamətdar olub. O, 200 metr fərdi üzgüçülük yarışlarında qalib gəlməklə, karyerası boyunca qazandığı olimpiya medallarının sayını 20-yə çatdırıb.

Felps eyni növdə 3 dəfə olimpiya çempionu olan yeganə üzgüçüdür. Bundan əvvəl o, 2004-cü ildə Afinada, 2008-ci ildə isə Pekində keçirilən Yay Olimpiya Oyunlarında qızıl medalı boynundan asmağı bacarmışdı.