İdmançımızın rəqibi olimpiadaya buraxılmadı
03.08.2012 - 12:42
İdmançımızın rəqibi olimpiadaya buraxılmadı
London Olimpiadasında atletikanın çəkicatma növündə çıxış edəcək Azərbaycan təmsilçisi Dmitri Marşinin əsas rəqibi mübarizədən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, bu yarışda əsas favorit olan belaruslu İvan Tihon olimpiadaya buraxılmayıb.

Buna səbəb atletdən götürülən dopinq-testin nəticəsidir. 8 il əvvəl Afina Olimpiadasında İvanın verdiyi testlər yenidən yoxlanılıb. Son yoxlamalara əsasən, idmançı London Olimpiadasına buraxılmayıb. Üstəlik, Afina-2004-də qazandığı gümüş medal da onun əlindən alınacaq.