Natalya Mustafayeva Olimpiadanı 12-ci yerdə bitirdi - YENİLƏNİB
04.08.2012 - 14:09
Natalya Mustafayeva Olimpiadanı 12-ci yerdə bitirdi  - YENİLƏNİB
XXX Yay Olimpiya Oyunlarında finala yüksələ bilməyən akademik avarçəkənimiz Nataliya Mustafayeva bu gün Londonda çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) çıxış edən millimizin üzvü B finalında 7-12-ci yerlər uğrunda mübarizə aparıb.

2000 m məsafəyə yarışda Mustafayevanın rəqibləri Marie-Louise Draeger (Almaniya), Frida Svensson (İsveç), Yuliya Levina (Rusiya), Genevra Ston (ABŞ) və Donata Vistartayte (Litva) olub. Təmsilçimiz 2-ci yürüş zolağında yer alıb və yekun nəticədə yarışı 12-ci yerdə bitirib.

Qeyd edək ki, Mustafayevadan 1 gün öncə A finalında mübarizə aparan digər avarçəkənimiz Aleksandr Aleksandrov (M1X) Olimpiadanı 5-ci yerdə başa vurmuşdu.