Braziliya yığması Londondan kənarlaşdırıldı
04.08.2012 - 10:24
Braziliya yığması Londondan kənarlaşdırıldı
London Olimpiadasında qadın futbolçular arasında yarışın 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan 4 oyunda sensasiya da qeydə alınıb.

Belə ki, Pekin-2008-in finalında oynayan Braziliya millisi Yaponiyaya uduzaraq, Olimpiya Oyunları ilə vidalaşıb. Ev sahibləri – Böyük Britaniya da yarımfinalda mübarizə aparacaq komandalar arasında olmayacaq.


İsveç – Fransa – 1:2
ABŞ – Yeni Zelandiya – 2:0
Braziliya – Yaponiya – 0:2
Böyük Britaniya – Kanada – 0:2

Qeyd edək ki, yarımfinalda Fransa Yaponiya ilə, Kanada ABŞ-la qarşılaşacaq. Matçlar avqustun 6-da olacaq.