Maykl Felpsdən yeni rekord
04.08.2012 - 11:15
Maykl Felpsdən yeni rekord
Amerikalı üzgüçü Maykl Felps yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı idmançı Londonda 21-ci Olimpiya medalını qazanmaqla, adını tarixə yazdırıb.

O, bu dəfə 100 m məsafəyə batterflay üsulu ilə üzmədə çempion adını qazanıb. Nəticədə Felpsin medal kolleksiyasında “qızılların” sayı 17-də çatıb.

Qeyd edək ki, amerikalı atlet Londonda bundan öncə daha bir medal qazanmışdı. O, finiş xəttinə 2-ci çatmışdı.