Pekinlə Londonun fərqi
04.08.2012 - 12:00
XXX London Yay Olimpiya Oyunlarında cüdo yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu dəfə yarışa 135 ölkədən 387 (233 kişi, 154 qadın) idmançı qatılıb ki, onlardan da 8-i (6 kişi, 2 qadın) Azərbaycanı təmsil edib.
İştirakçı sayında ölkəmiz 4 il öncə keçirilən Pekin-2008-lə müqayisədə artıma nail olub. Belə ki, həmin vaxt 366 cüdoçudan 6-si azərbaycanlı idi. İştirakçıların sayının 21 nəfər artması bizim də 2 idmançımızın artması ilə nəticələnib.
Lakin Ağayar Axundzadənin baş məşqçi olduğu komandada artım kəmiyyətdə əks olunsa da, keyfiyyətdə özünü göstərməyib. Asiyadakı Olimpiadada 6 cüdoçumuz 2 medal qazanmışdısa, bu dəfə 8 idmançımız nəinki medal, heç “5-liyə” də düşə bilmədi.
Həmin vaxt Elnur Məmmədli (73 kq) qızıl, Mövlud Mirəliyev (100 kq) bürünc medala yiyələnmişdi və ölkəmiz komanda hesabında 3 ölkədən – Asiya təmsilçiləri Yaponiya, Çin və Cənubi Koreyadan geri qalmışdı. Bu isə o demək idi ki, Azərbaycan Pekində Avropanın ən yaxşısı olmuşdu.
Londonda isə nəinki Avropada, heç Qafqazda da ən yaxşı ola bilmədik. 4 il əvvəl bizdən sonra dünya 5-cisi olan qonşu Gürcüstan həmin vaxt olduğu kimi, yenə 1 qızıl medal qazana bilib. Çin paytaxtında 25 medal qazanan ölkə arasında olan yığmamız bu dəfə 23 mükafatçı sırasından kənar qaldı. Millimizin heyətində ən yaxşı nəticəni isə Tərlan Kərimov (66 kq) və Elmar Qasımov (100 kq) göstərib. Onlar isə ilk təsəlliverici döyüşlərdə uduzaraq, 7-ci yeri tutublar.
Müqayisə üçün bildirək ki, Azərbaycanın olmadığı medalçılar siyahısına Rusiya, Fransa və Cənubi Koreya qərarlaşıblar. Sonuncu ölkə 4 il əvvəl də ilk “3-lük”də yer almışdısa, bu dəfə şimal qonşularımız asiyalıların hegemonluğuna son qoyub, nəinki Çini “3-lük”dən kənarlaşdırıb, hətta zirvəni ələ keçirib. Onlar 4 il əvvəl ümumiyyətlə medal almayan ruslar 3 qızıl, 1 gümüş və 1 bürünclə buna nail olublar. Yeri gəlmişkən, onların daha 1 medal ümidi, 66 kq çəki dərəcəsində dünyanın ən güclüsü hesab olunan Musa Moquşkov həmyerlimiz Tərlana uduzmuşdu.
Qeyd edək ki, Londonda Azərbaycandan əlavə, 109 ölkə fəxri kürsüdə yer ala bilməyib. Lakin millimiz 2 yeddinci yerin hesabına 31-cidir.
London-2012-də medal qazanan ölkələr

| Ölkə | Qızıl | Gümüş | Bürünc |
1. | Rusiya | 3 | 1 | 1 |
2. | Fransa | 2 | 0 | 5 |
3. | Cənubi Koreya | 2 | 0 | 1 |
4. | Yaponiya | 1 | 3 | 3 |
5. | Kuba | 1 | 2 | 0 |
6. | Braziliya | 1 | 0 | 3 |
7. | ABŞ | 1 | 0 | 1 |
8-10. | Sloveniya | 1 | 0 | 0 |
| Gürcüstan | 1 | 0 | 0 |
| Şimali Koreya | 1 | 0 | 0 |
11. | Almaniya | 0 | 2 | 2 |
12. | Rumıniya | 0 | 2 | 0 |
13-16. | Macarıstan | 0 | 1 | 1 |
| Çin | 0 | 1 | 1 |
| Monqolustan | 0 | 1 | 1 |
| Böyük Britaniya | 0 | 1 | 1 |
17. | Hollandiya | 0 | 0 | 2 |
18-23. | İtaliya | 0 | 0 | 1 |
| Özbəkistan | 0 | 0 | 1 |
| Belçika | 0 | 0 | 1 |
| Kanada | 0 | 0 | 1 |
| Kolumbiya | 0 | 0 | 1 |
| Yunanıstan | 0 | 0 | 1 |
0
0