“Bu, bizim üçün son deyil”
04.08.2012 - 20:38
“Kəpəz” baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın I turunda doğma meydanda “Turan”a 1:2 hesabı ilə uduzduqları matç barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisinin çalışdırıcısı ilk oyunda belə nəticəyə təəssüfünü gizlətməyib.
O bildirib ki, bundan sonra ruhdan düşmək lazım deyil: “Biz hazırlıqlara “Turan”dan öncə başlamışdıq. Bu cür nəticəni gözləmirdik, oyuna yaxşı hazırlaşmışdıq. İlk qoldan sonra futbolçular ruhdan düşməməli idi. Bu, bizim üçün son deyil, mübarizəmizi davam etdirəcəyik”.

0
0