Camal Rəhimov III mərhələyə yüksələ bilmədi - YENİLƏNİB
05.08.2012 - 17:20
London Olimpiadasında yeganə çaparımız Camal Rəhimov bu gün növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, ilk mərhələni cərimə xalı ilə keçən atçımız II təsnifat mərhələsində özünü yaxşı tərəfdən göstərməyə çalışıb.
Lakin konkur növündə mübarizə aparan Camal yenə istədiyi kimi çıxış edə bilməyib. Belə ki, həmyerlimizin II təsnifat mərhələsindən sonra cərimə xallarının sayı 18-ə çatıb. O, bu dəfə daha 13 cərimə xalı alıb.
İlk mərhələdə 5 cərimə xalı və 85,09 saniyə nəticə göstərən çaparımız Kanada, Misir, Çili və Meksika idmançıları ilə birgə 53-57-ci yerlərə şərik olsa da, növbəti cəhdində 60-cı yeri tutub. Bununla da Camal Londonla vaxtından əvvəl vidalaşıb.
Qeyd edək ki, III mərhələyə 45 ən güclü idmançı yüksəlib.

0
0