Güləşçilərimiz Olimpiadada rəqiblərini tanıdılar
04.08.2012 - 23:01
Güləşçilərimiz Olimpiadada rəqiblərini tanıdılar
Bu gün London Olimpiadasında yunan-Roma güləşi üzrə 55 kq və 74 kq çəki dərəcələrində mübarizə aparacaq Azərbaycan güləşçilərinin rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, püşk Pekin Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramovun (55 kq) bəxtinə güclü rəqib qismət edib.

Belə ki, həmyerlimiz 1/16 finalda güclü rusiyalı Minqiyan Semenovla qarşılaşacaq. Ondan fərqli, 74 kq çəki dərəcəsində mübarizə aparacaq Emin Əhmədov ilk mərhələdən azaddır. O, 1/8 finalda İslam Tolba (Misir) – Neven Zugaj (Xorvatiya) cütünün güclüsü ilə güləşəcək.

Qeyd edək ki, millimiz Londona 5 klassik güləşçi ilə yollanıb və hər pəhləvan döyüşündən 1 gün öncə kimlə düşdüyünü biləcək.