Azərbaycan 1 gündə 2 medal qazandı - YENİLƏNİB
05.08.2012 - 22:54
Bu gün London Olimpiadasında startı verilən güləş yarışları Azərbaycan millisi üçün uğurlu başlayıb. Apasport.az saytının məlumatına görə, ilk olaraq mübarizəyə qoşulan yunan-Roma güləşçilərinin yarışında döşəyə 55 kq və 74 kq çəki dərəcələrində idmançılar çıxıblar ki, onların hər ikisində yer alan pəhləvanlarımız fəxri kürsüyə yüksəlməyi bacarıblar.
Belə ki, 4 il öncə Pekində ikinci olan Rövşən Bayramov Londonda da eyni uğuru təkrarlayaraq, aktivində 1 bürünc medal olan yığmamıza ilk gümüş medalı qazandırıb. Onun ardınca üçüncü yer uğrunda görüşə çıxan Emin Əhmədov da Olimpiadanı medalla başa vurub. Təmsilçimiz komandamıza ikinci bürünc medalı qazandırıb. Bununla da idmançılarımızın XXX London Yay Olimpiya Oyunlarında aktivlərinə yazdıqları medalların sayı hələlik 3-ə çatıb.
55 kq
Pekin Olimpiadasında finala kimi irəliləyən Rövşən Bayramov bu dəfə qızıl medal qazanmaq istəsə də, bu şansını son döyüşündə əldən verib. O, həlledici görüşünə kimi irəlilədiyi yarışda mübarizəyə 1/16 finaldan başlayıb.
Həmyerlimizin rəqibi rusiyalı Minqiyan Semenov olub. Görüş dünya çempionumuz üçün uğurlu alınıb. İlk hissədə 1:0 hesabı ilə qələbə qazanan Rövşən növbəti hissədə eyni hesabla qalib gələrək, 1/8 finala yüksəlib.
Onun bu dəfə rəqibi amerikalı Tomas Manqo Spenser olub. Pəhləvanımız üçün asan keçən ilk hissə rəqibin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
İkinci hissədə də amerikalı güləşçi çətin anlar yaşayıb və Rövşən yenə 4:0 hesabı ilə qələbə qazanıb. O, nəticədə daha bir mərhələ irəliləyib.
Bayramov 1/4 finalda çinli Li Şujinlə üz-üzə gəlib. Güləşçimiz ilk 2 döyüşündəki uğuru bu dəfə də təkrarlayıb. O, birinci hissədə rəqibindən 3, ikinci hissədə 2 xal alaraq, yarımfinala çxıb.
Finala gedən yolda Rövşən Cənubi Koreya təmsilçisi Qyunjin Çoi ilə güləşib. Pekin Olimpiadasının gümüş mükafatçısı yenə də həlledici görüşə çıxmaq gücündə olduğunu göstərib. Bayramov Asiya təmsilçisini hər 2 hissədə məğlub edərək (1:0, 2:0), ona 1 xal belə güzəştə getməyib.
Onun finalda rəqibi iranlı Məhəmməd Soryan olub. Həlledici görüşə kimi inamlı təsir bağışlayan Rövşən bu dəfə rəqibinə uduzub və Olimpiadada ardıcıl ikinci dəfə gümüş medala yiyələnib.
Bununla da, Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında 2-ci medalına sahib olub. Bayramovdan öncə yığmamıza ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) bürünc medal qazandırmışdı.
74 kq
Bu çəkidə ölkəmizi təmsil edən Emin Əhmədov püşkün nəticəsinə görə birinci mərhələdə güləşməyib. O, 1/8 finalda İslam Tolbanı (Misir) məğlub edən Neven Zuqajla (Xorvatiya) qarşılaşıb.
Görüşün ilk hissəsi təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 4:0. Xorvatiyalı idmançı növbəti 2 dəqiqədə də Əhmədovdan zəif olub və həmyerlimiz 1:0 hesabı ilə qalib gələrək, Bayramovun ardından 1/4 finala vəsiqə qazanıb.
Emin ikinci cəhdində Zurab Datunaşvilini (Gürcüstan) sınağa çəkib. Görüş təmsilçimiz üçün çətin başlayıb. O, hətta ilk hissəni uduzub – 0:3.
Lakin bu məğlubiyyətdən nəticə çıxaran Əhmədov gürcü rəqibinə növbəti 2 hissədə gücünü göstərərək (3:0, 4:0), hələ 21 yaşlı Zurabın yarımfinala çıxmağının tez olduğunu göstərib. İnamlı qələbə isə Eminin 1/2 finala yüksəlməsi ilə nəticələnib.
Bu dəfə həmyerlimizin rəqibi erməni Arsen Culfalakyan olub. Təəssüf ki, ilk 2 görüşündə böyük güc sərf edən Emin dəfə məğlub olub.
Buna baxmayaraq, Əhmədov medal qazanmaq şansını itirməyib. O, bürünc medal uğrunda təsəlliverici qarşılaşmaya çıxıb. Son döyüşündə güləşçimiz Diniyar Kobonova (Qırğızıstan) qalib gələn Aleksandr Kikinyovla (Belarus) mübarizə aparıb. Gərgin keçən qarşılaşmanın ilk hissəsini rəqib qazansa da, Emin növbəti hissələrdə ona heç bir şans verməyib. Nəticədə ardıcıl 2 hissədə qalib gələn pəhləvanımız bürünc medala yiyələnib. Bu Azərbaycan yığmasının Londonda qazandığı 3-cü medal olub.
Qeyd edək ki, millimizin Londonda yunan-Roma güləşi üzrə 7 çəkidən 5-də təmsil olunacaq.

0
0