Olimpiya millimizdə itki
05.08.2012 - 10:10
Azərbaycan Olimpiya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, London Olimpiadasında avqustun 7-də podiuma çıxmalı olan Veliçko Çolakov (+105 kq) yarışı tərk etmək məcburiyyətində qalıb.
Buna səbəb bolqarıstanlı ağırlıqqaldıranımızın əlini zədələməsi olub. Nəticədə o yarışla vaxtından əvvəl vidalaşıb.
Beləliklə, Böyük Britaniya paytaxtına 6 idmançı (5 kişi, 1 qadın) ilə yollanan ağırlıqqaldırma üzrə millimizin daha öncə 5 üzvü Olimpiadada çıxış etdiyindən möhtəşəm oyunlar onlar üçün başa çatıb. Təmsilçilərimizdən Valentin Xristov (56 kq) isə hələlik yeganə bürünc medalımızın sahibidir.

0
0