Bu gün medal olmadı - YENİLƏNİB
06.08.2012 - 21:58
Bu gün London Olimpiadasında Azərbaycan yığmasının daha 2 güləşçisi mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşi üzrə yarışlarının II günündə pəhləvanlarımızdan Həsən Əliyev və Saman Təhmasibi millimizin medal sayını artırmağa çalışıblar.
Təəssüf ki, pəhləvanlarımızdan ilk gündə Rövşən Bayramov (55 kq) gümüş, Emin Əhmədov (74 kq) bürünc medal qazansa da, bu idmançılarımız mükafatçılar sırasına düşə bilməyiblər.
60 kq
Püşkün nəticəsinə əsasən Həsən Əliyev ilk mərhələdən azad idi. Mübarizəyə 1/8 finaldan başlayan Əliyev norveçli Andre Berqe Stiqlə üz-üzə gəlib. Qarşılaşma həmyerlimiz üçün çətin keçib.
Belə ki, ilk hissəni dünya çempionumuz 1:0 hesabı ilə aktivinə yazıb. Növbəti 2 dəqiqədə isə eyni hesabla rəqib qalib gələrək, görüşdə bərabərliyi bərpa edib – 1:1.
Həlledici hissədə isə Həsən daha aktiv güləşərək, Stiqi 2:0 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib.
Bu dəfə onun rəqibi Cihyun Junq olub. Asiyalı pəhləvanla da həmyerlimizin döyüşü asan alınmayıb. Lakin daha təcrübəli güləşçimiz döyüşü aktivinə yazıb.
Qələbədə baş məşqçimiz Saleh Boranın da rolu olub. Hakimlər öncə həmyerlimizin fəndini qeydə almasalar da, türkiyəli mütəxəssisin etirazından sonra video təkrar baxılıb və Həsənə 2 xal verilib. Nəticədə ilk hissəni qalib kimi başa vuran Avropa çempionumuz növbəti hissədə də 1 xal hesabı ilə Junqdan üstün olub.
Bununla da Əliyev yarımfinalda iştirak hüququ qazanıb. Final uğrunda mübarizədə idmançımız gürcüstanlı Revaz Laşxi ilə üz-üzə gəlib. Amma həmyerlimiz rəqibinə uduzmaqla, finala çıxmaq şansını itirib.
Düzdür, Həsən ilk hissədə rəqibini üstələyib – 1:0. Lakin ardınca 0:3 və 0:1 hesabı ilə uduzaraq, çempion olmaq şansını itirib.
Buna baxmayaraq, güləşçimiz təsəlliverici mərhələdə bürünc medal uğrunda qüvvəsini sınayıb.O, son döyüşündə Sayed Hamedi (Misir) məğlub edən Zaur Kuramamaqomedovla (Rusiya) münasibətinə aydınlıq gətirib. Lakin bundan öncəki qarşılaşmasında olduğu kimi Əliyev yenə məğlub olub. Sadəcə rusiyalı idmançı təmsilçimizə 1 hissə də belə güzəştə getməyib – 2:0. Məğlub olan dünya çempionumuz isə Olimpiadanı 5-ci yerdə başa vurub.
Beləliklə, bu gün döşəyə çıxan hər 2 güləşçimiz medal qazana bilməyib.
84 kq
Bu çəkidə qüvvəsini sınayan Saman Təhmasibi də Əliyev kimi yarışa 1/8 finaldan qatılıb. O, birinci görüşündə Vladimir Gegeşidze (Gürcüstan) ilə güləşib. Təəssüf ki, iranlı legionerimiz komanda yoldaşının uğurunu təkrarlaya bilməyib.
İlk hissədə 0:2 hesabı ilə uduzan təmsilçimiz ardınca 3:0 hesabı ilə qalib gəlib. Lakin həlledici 2 dəqiqədə gürcüstanlı idmançı güclü olub (1:0) və mərhələ adlayıb.
Bundan sonra Təhmasibinin medal qazanmaq şansı olsa da, Gegeşidzenin yarımfinalda uduzması bu arzunun üstündən xətt çəkib və idmançımız Olimpiadanı mükafatsız başa vurub.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşində 5 idmançı ilə təmsil olunur.

0
0