“Medal maşınları” – SİYAHI
06.08.2012 - 11:20
XXX Yay Olimpiya Oyunlarında ən çox medal qazanan idmançıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya paytaxtına qızıl, gümüş və bürünc daşımaq məqsədilə gələnlərin əksəriyyəti ABŞ təmsilçiləridir.
Ümumi siyahısına isə əfsanəvi Maykl Felps başçılıq edir. Onun hesabında 6 medal var.
Londonda daha 4 idmançı hesabına 5 medal yaza bilib. Onlardan biri – avstraliyalı Alisiya Koutts cəmi 1 qızıl medal qazandığı üçün mükafat siyahısında yalnız 22-ci yerdə qərarlaşıb. Lakin onun da hesabında 5 medal var.
Qeyd edək ki, medal sıralamasının 6 lideri və Koutts üzgüçülükdə buna nail olublar.

| Yer | İdmançı | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
|---|---|---|---|---|---|---|
| 1 | Maykl Felps | ABŞ | 4 | 2 | 0 | 6 |
| 2 | Missi Franklin | ABŞ | 4 | 0 | 1 | 5 |
| 3 | Ellison Şmit | ABŞ | 3 | 1 | 1 | 5 |
| 4 | Dana Volmer | ABŞ | 3 | 0 | 0 | 3 |
| 5 | Rayan Loxte | ABŞ | 2 | 2 | 1 | 5 |
| 6... | Yanq Sun | Çin | 2 | 1 | 1 | 4 |
| ...22 | Alisiya Koutts | Avstraliya | 1 | 3 | 1 | 5 |
0
0