“Azərbaycanlı rəqiblə görüşə hazır deyildim”
06.08.2012 - 14:32
“Azərbaycanlı rəqiblə görüşə hazır deyildim”
“Əslində, Olimpiadanın 1/8 finalına çıxmağın özü də mənim üçün yaxşı nəticədir. Misirli rəqibimlə ilk görüşdə hər şey yaxşı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri xorvatiyalı güləşçi Neven Zuqaj deyib.

XXX Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarının 1/8 finalında mübarizəni dayandıran atlet Azərbaycan təmsilçisi Emin Əhmədova məğlubiyyətinə bəhanə tapıb: “Azərbaycanlı güləşçi ilə görüşə isə hazır deyildim. Çünki yarım saata 2 dəfə döşək üzərinə çıxmalı oldum. Yenicə duşdan çıxmışdım ki, Əhmədovla görüşməli oldum. Həm fiziki, həm də psixoloji cəhətdən buna hazırlaşa bilmədim”.