Aleksandr Karelin: Rövşən Bayramov çox təcrübəli güləşçidir
06.08.2012 - 15:08
Əfsanəvi rusiyalı yunan-Roma güləşçisi Aleksandr Karelin London olimpiadasının gümüş medalını qazanan Rövşən Bayramova qiymət verib. Apasport.az saytının məlumatına görə, 3 dəfə Olimpiya çempionu olan 45 yaşlı idmançı Azərbaycan yığmasının liderlərinin birinin uğurunu layiqli saymaqla yanaşı, onun 1/16 finalda məğlub etdiyi rusiyalı Minqiyan Semyonovun çıxışında çatışmazlıqlara toxunub.
Karelinin fikrincə, həmyerlisinin gənc, Bayramovun isə təcrübəli olmağı döyüşün taleyini həll edib: “Minqiyanın startda məğlubiyyəti çox üzücüdür. Axı o, Olimpiadaya neçə vaxtdır hazırlaşırdı. Minqiyan Pekin Olimpiadasının qalibi Nazir Mankiyevə qalib gələrək, ondan üstün olaraq, yığmada yer almışdı. Komandaya düşdü, gərgin hazırlaşaraq, Olimpiadaya gəldi. Belə çıxır ki, artıq ilk oyunda uduzmaq...Belə məğlubiyyəti qəbul etmək çox ağırdır. Sözsüz ki, onun azərbaycanlı rəqibi yaxşı və çox təcrübəli güləşçidir”.
9 dəfə Avropa, 12 dəfə dünya çempionu olan 45 yaşlı Karelinin sözlərinə görə, Semyonov Bayramovla döyüşdə fəallıq nümayiş etdirməyib və 2-ci hissədə hesabı bərabərləşdirmək imkanından yararlanmayıb: “Həmin vaxt parter vəziyyətində rəqibini tutan zamanı nə konsentrasiyası, nə də belə deyək ki, gücünü artırmaq yeri vardı. O, hətta bu vəziyyətdə özünü toparlaya da bilmədi, nəsə fikri dağınıq idi. Olimpiya həyəcanı onunla pis zarafat etdi”.
Qeyd edək ki, Semyonovun yığmadan sıxışdırıb çıxardığı Mankiyev 2008-ci ildə Pekin Olimpiadasının finalında məhz Bayramova qalib gələrək, çempion olmuşdu. Rövşən bu dəfə də finala kimi irəliləyərək, həlledici matçda iranlı həmkarına uduzdu.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0