London-2012: Püşk idmançımızla dünya rekordçusunu ayrı saldı
06.08.2012 - 17:51
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan atleti Layeş Abdullayevanın rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 5000 metr məsafəyə qaçışda ölkəmizi təmsil edəcək idmançımız 2-ci qrupda yer alıb.
Belə ki, avqustun 7-də yarışa qoşulacaq qaçışçılar 2 qrupa bölünüb. 18 idmançı Bakı vaxtı ilə saat 14:55-də, 18-i isə az sonra qüvvəsini sınayacaq. Layeş ikincilərlə mübarizə aparacaq. Şəxsi rekordu 15:47.29 olan Abdullayeva bu göstəricidə nəinki 2-ci qrupda, bütün iştirakçılara arasında sonuncu nəticəyə malikdir.
Təmsilçimizin rəqiblərindən 6-sı karyerasında, 4-ü isə bu il məsafəni 15 dəqiqədən də tez qaçıblar. Keniyalı Vivyen Yepkemoi Çeruiyot (14:20.87) ikinci yürüşün əsas favoritidir. Püşkün nəticəsində dünya rekordçusu (14:11.15) həbəşistanlı Tiruneş Dibaba ilk yürüşdə qaçacaq.

0
0