Şalva Qadabadze də uduzdu - YENİLƏNİB
07.08.2012 - 21:37
XXX Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, bu yarışın son günündə Azərbaycanı 96 kq çəki dərəcəsində Şalva Qadabadze təmsil edib.
28 yaşlı gürcüstanlı legionerimiz Olimpiadaya ikinci mərhələdən qoşulub. Onun 1/8 finalda rəqibi rusiyalı Rüstəm Totrov olub. Şalva həmyaşıdı olan pəhləvanla qarşılaşmaya fəal başlasa da, sonda məğlub olub.
Belə ki, güləşçimiz ilk 90 saniyədə xal qazana bilməyib. Amma parterdən çıxaraq rusiyalıdan 3 xal alıb. Fasilədən sonra hər şey rəqibin xeyrinə dəyişib.
Növbəti 2 dəqiqədə 1 xal qazanaraq, hissələrin fərqini bərabərləşdirən Rüstəm həlledici hissədə parterdə olan təmsilçimizdən daha 2 xal alıb.
Nəticədə ilk döyüşündə uduzan Qadabadze çempionluq şansını itirib. Buna baxmayaraq, rusiyalı güləşçi finala yüksəldiyindən, idmançımız təsəlliverici görüşlərə qatılıb. Təəssüf ki, Şalva bürünc medal uğrunda ilk rəqibi isveçli Jimmi Lidberq səddini də keçə bilməyib. İlk hissədə 1:0 hesabı ilə uduzan güləşçimiz ardından hesabı bərabərləşdirsə də (1:0), həlledici hissədə yenidən uduzub – 0:1. Beləliklə, yunan-Roma güləşində sonuncu idmançımız yarışı medalsız başa vurub.
Qeyd edək ki, Qadabadze yunan-Roma güləşçilərinin yarışında 5 pəhləvanla təmsil olunan yığmamızın sonuncu üzvü idi. Ondan öncə mübarizə aparan idmançılarımızdan Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü, Həsən Əliyev (60 kq) beşinci yeri tutub. Saman Təhmasibi (84 kq) isə ilk görüşündəcə uduzub.

0
0