Məhəmmədrəsul Məcidov üçün də italiyalı rəqib
07.08.2012 - 02:26
Məhəmmədrəsul Məcidov üçün də italiyalı rəqib
London Olimpiadasında Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun (+91 kq) yarımfinal görüşündəki rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, ilk 2 mərhələdə Meji Muanbanı (Konqo) və Məhəmməd Ömərovu (Rusiya) mübarizədən kənarlaşdıran dünya çempionumuz bu dəfə italiyalı Roberto Kammarellinin gücünü yoxlayacaq.

Final uğrunda döyüş avqustun 10-da yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə saat 02:30) olacaq.

Qeyd edək ki, Məcidovla bərabər yarımfinala vəsiqə qazanan Teymur Məmmədov (91 kq) da italiyalı boksçu ilə qarşılaşacaq. Onun rəqibi Klemente Russo olacaq.