Olimpiya çempionu: Dopinqdən yararlandım
07.08.2012 - 12:13
Olimpiya çempionu: Dopinqdən yararlandım
London Olimpiadasında növbəti dopinq qalmaqalı aşkarlanıb. Apasport.az saytının məlumatına görə, Olimpiya çempionu olan italiyalı atlet Aleks Şvartserin qanında istifadəsi qadağan olunmuş maddə tapılıb.

Bununla da o, 50 km yürüşdə titulunu qoruya bilməyəcək. Aleksdən götürülən dopinq testin müsbət nəticə verməyindən sonra İtaliyanın Milli Olimpiya Komitəsi onu turnirdən çıxarıb.

Maraqlıdır ki, Pekin Olimpiadasının qalibi dopinqdən istifadəni inkar etməyib: “Mən haqsız idim. Bu, karyeramın sonudur... Yaxşısı budur ki, niyə belə alındığını soruşmayın. Mən sadəcə, bu Olimpiadada daha güclü olmaq istəyirdim və səhvə yol verdim”.