Taekvondoçumuz 5 qat dünya çempionuna qarşı
07.08.2012 - 12:24
London Olimpiadasında Azərbaycan taekvondoçularının 1/8 finalda rəqibləri məlum olub. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, reytinqdə 1-ci olan Ramin Əzizov (-80 kq) ilk döyüşünü 2 qat Olimpiya çempionu və bürünc mükafatçısı, eləcə 5 dəfə dünya çempionu, yarışın favoritlərindən sayılan 33 yaşlı amerikalı idmançı Stiven Lopesə qarşı keçirəcək. Digər taekvondoçumuz Fəridə Əzizova isə kanadalı Karin Sergeri ilə görüşəcək.
İdmançılarımızın hər ikisi döyüşlərini avqustun 10-da keçirəcəklər. Olimpiadanın taekvondo yarışları isə ayın 8-dən 11-dək davam edəcək.
İdmançılarımızın hər ikisi döyüşlərini avqustun 10-da keçirəcəklər. Olimpiadanın taekvondo yarışları isə ayın 8-dən 11-dək davam edəcək.
0
0